Doğrudanmı İsrail Livana cavab zərbələri hazırlayır və bu, yaxın 48 saat ərzində gözlənilir?
Tezadlar.az xəbər verir ki, bu barədə "Western Intelligence" (Qərb Kəşfiyyatı) portalı məlumat yayıb. Portal İsrailin Livanla sərhəd ərazilərə hərbi texnika daşıdığına dair görüntülər paylaşılıb. Qeyd edək ki, Hizbullahın İsrail ərazisini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Analitiklər, bir sıra dünya KİV-ləri yaxın zamanda müharibənin başlayacağını iddia edir.
Ötən gün isə Türkiyə prezidenti R.T.Ərdoğan İsraili Qarabağ əməliyyatı ilə hədələyərək deyib ki, lazım gəlsə, Qarabağa girdiyimiz kimi bölgəyə girəcəyik...
A.Məmmədli