Nəhayət, bu gün İsrailin raket zərbələrindən sonra dağıntılar altından çıxarılan Hizbullah lideri Şeyx Həsən Nəsrullahın ölüm səbəbi məlum olub...

Aydın olur kiş o başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib. İranın İRNa agentliyi yazır ki, Livanın paytaxtı Beyrutda hospitallardan birində Şeyx Həsən Nəsrullahın meyiti üzərində tibbi ekspertiza aparılıb və bu analizin nəticəsinə əsasən həkimlər bildirib ki, Nəsrullah raket zərbəsi zamanı gizləndiyi yerdə başından güclü zərbə alıb. Nəticədə o həyatını itirib.

Onunla bərabər daha kimlərinsə ölməsi barədə hələki dəqiq məlumat verilmir.

Tezadlar.az xatırladır ki, İranda bu kədərli hadisə ilə bağlı 5 gün matəm elan edilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN