Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gələcəyini nə politoloqlar, nə də ekspertlər dəqiq deyə bilmirlər.

Hər iki namizədin - Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və Demokratlardan Kamala Harrisin şansları demək olar ki, bərabərdir. İndi seçicilərin 47%-i Ağ Evin keçmiş sahibinə, 45%-i isə onun rəqibinə səs verəcəkdi.

“The Wall Street Journal” seçki ərəfəsində artan narahatlığı və onun nəticələri ilə bağlı qeyri-müəyyənliyi qeyd edir. Xüsusilə, Kamala Harris tərəfdarlarının 57%-i Donald Trampın qalib gəlməsindən çox qorxur. Nəşrin məlumatına görə, respublikaçıların tərəfdarları üçün eyni rəqəm 47% təşkil edir. Eyni zamanda seçicilərin 87%-i əmindir ki, öz namizədinin məğlubiyyəti Amerikaya dəhşətli ziyan vuracaq.

ABŞ-da keçirilən prezident seçkilərindən sonra namizədlərdən biri səsvermənin nəticələrini tanımaqdan imtina edərsə, siyasi böhran ciddi şəkildə pisləşə bilər. Kütləvi etirazlar, bir çox məhkəmə çəkişmələri və siyasi qalmaqal istisna oluna bilməz ki, bunun nəticəsində nəinki uduzan namizəd, həm də bütövlükdə ABŞ seçki sistemi əziyyət çəkəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN