MİRZOYAN AZƏRBAYCANLA SÜLH MÜQAVİLƏSİNDƏN DƏ BƏHS EDİB...

Ermənistanla Rusiya arasında iqtisadi sahədə heç bir fikir ayrılığı yoxdur, onlar yalnız siyasi aspektlərə təsir edir və burada İrəvanın iddiaları yalnız KTMT-nin fəaliyyəti ilə məhdudlaşır.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan  bu gün parlamentdə keçirilən büdcə müzakirəsi zamanı bildirib.

 Onun sözlərinə görə, İrəvan və Moskvanı güclü iqtisadi əlaqələr bağlayır və onların münasibətləri şəffafdır, ölkələr arasında yalnız bəzi xarici siyasət məsələlərində fikir ayrılığı var.

“Biz həmişə bir-birimizin mövqeyini bölüşmürük, bu, bizim üzv olduğumuz bir və ya iki platformaya, məsələn, KTMT-yə aiddir. Bizim struktura münasibətimiz məlumdur” , - Mirzoyan vurğulayıb. O əlavə edib ki, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyətə gəlincə, ölkələr arasında hər şey qaydasındadır.

Nazir Ermənistan - Azərbaycan münasibətlərinə də toxunub.

Onun fikrincə, Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin yalnız bir və ya iki maddəsi üzərində razılaşmalıdırlar.

 Mirzoyan qeyd edib ki, bunun ətrafında müzakirələr davam etdiriləcək.

  “Bu, normal danışıqlar prosesidir... Ehtiyatlı nikbinliklə bildirim ki, yaxın gələcəkdə biz bu bir-iki maddə ətrafında razılığa gələ biləcəyik, ondan sonra saziş imzalanmağa hazır olacaq” –Ermənistanın XİN rəhbəri açıqlayıb.

Görünən odur ki. Ermənistan  yenə də sülh sazişini müxtəlif bəhanələrlə imzalamaqdan yayınır və vaxtı uzatmağa çalışır...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN