İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 20-də ABŞ-a səfər etmək niyyətindədir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə 13 news telekanalı xəbər yayıb.
Telekanal nazirlər kabineti aparatındakı mənbəyə istinadən xəbər verir ki, hazırda gündəmlə bağlı məsələ müzakirə olunur, lakin hələlik heç bir qərar yoxdur.
Onlar, həmçinin qeyd ediblər ki, dekabrın 10-da Netanyahunun cinayət işi üzrə ifadə verməsi prosesi başlayacaq. Telekanal əlavə edib ki, ştatlara səfər xatirinə proses dayandırılmalı olacaq.
Eyni zamanda, Ynet news xəbər verir ki, Nazirlər Kabinetinin strateji işlər naziri və Müdafiə Nazirliyinin rəhbəri istisna olmaqla, bütün nümayəndələri prosesin təxirə salınmasına razılaşıblar.
Razılığa gələn nazirlərin İsrailin baş prokuroru Qali Baharav-Miareyə ifadələrin başlanmasının təxirə salınması tələbi ilə məktub imzaladıqları vurğulanır.
Departament rəhbərləri hesab edirlər ki, Netanyahu indi “təbii maraqlara” diqqət yetirməlidir. Onların fikrincə, ifadə vermə prosesi mane ola bilər.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti - respublikaçı Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də Kapitoliyada keçiriləcək. Həmin gün vitse-prezident Maykl Pens də and içəcək. Mərasimdən əvvəl və sonra müxtəli tədbirlər, həmçinin parad və inauqurasiya balı nəzərdə tutulur. Mərasimdə 2 milyondan çox insanın iştirakı gözlənilir. İnaqurasiya mərasimində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edəcək.
JASMİN