Ermənistanın baş nazirindən gecikmiş etiraflar təqdirəlayiqdir...

Belə ki, “Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”, -deyən Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə belə  bildirib. Onun sözlərinə görə, bu istiqamətdə işlərin sürətlənməsi üçün, Ermənistan hökuməti əlindən gələni edəcək: “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”, - deyə N. Paşinyan bildirib.

Tarixi düşmənin belə etirafları tarixə yazılasıdır, amma dərs olması şərti ilə...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN