““Flyone Armenia” aviaşirkəti 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirməyə başlayan ilk erməni aviadaşıyıcı olacaq”
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl “Flyone Armenia” İstanbula uçuşlar həyata keçirmək niyyətində olduğunu açıqlayıb, daha sonra Türkiyənin müdafiə naziri Mövlud Çavuşoğlu İstanbul və İrəvan arasında uçuşların təşkili imkanlarından danışıb.
Qurumdan bildirilib ki, “Aviasiya haqqında” qanuna uyğun olaraq uçuşların keyfiyyətini nəzarətdə saxlayacaqlar.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Ankarada malayziyalı həmkarı Sayfuddin Abdullahla birgə mətbuat konfransında da bildirib ki, yaxın günlərdə bir sıra aviaşirkətlər İstanbul və İrəvan arasında uçuşlara başlayacaq.
“Bildiyiniz kimi, əvvəllər belə uçuşları “Atlas” həyata keçirirdi. Uçuşların bərpası məsələsi Nəqliyyat Nazirliyində müzakirə olunur və yaxın günlərdə bununla bağlı qərar veriləcək”, - deyə türkiyəli nazir bildirib.
Cavuşoğlu vurğulayıb ki, Ankara Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır və İrəvan və Azərbaycanla dialoq üzrə fəaliyyətini yaxından əlaqələndirir.
Nazir həmçinin qeyd edib ki, Ankara və İrəvan artıq dialoq üçün nümayəndələr təyin ediblər və bu istiqamətdə müzakirələr davam edəcək.
Xatırladaq ki, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün dialoq prosesində Ermənistanı təmsil edəcək. Türkiyə isə keçmiş ABŞ səfiri Serdar Kılıçı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin edib.
JASMİN