“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsi artıq icra olunub. Bu məsələ ilk əvvəl Türkiyə Böyük Millət Məclisində qaldırılmışdı. Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla da bunu müzakirə etdik".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyənin bölgədə atdığı bütün addımlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və birgə qərarlar verir: "Hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxılır".

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN