KTMT-nin baş katibi Zas: Qazaxıstanda sülhməramlıların qalma müddəti

vəziyyətdən asılı olacaq.

 KTMT-nin baş katibi Stanislav Zas KİV-ə bildirib ki, Qazaxıstanda sülhməramlı qüvvələrin qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq. Əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq.

"Biz gözləyirik ki, müddət qısa olacaq. Kollektiv Təhlükəsizlik Şurasının qərarında da belə səslənir - "qısa müddətə”.  Hansı qısa müddət - bir neçə gün və ya bir neçə həftə -  bu,  Qazaxıstanda  yaranacaq vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq”, - deyə Zas bildirib.

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və ona  bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, əlbəttə ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

Dövlət başçısı Tokayev insanları tədbirli olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Lakin vəziyyət getdikcə pisləşib. 

Və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər. 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN