"... Ermənistan rəhbərliyi bu qərarın verilməsinə təsir göstərməklə Qazaxıstandan köhnə qisası almış kimi görünür”"

Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingent adı altında Qazaxıstana daxil olması məsələsinə münasibət bildirərkən deyib.

 Onun sözlərinə görə, Qazaxıstanda baş verən hadisələr bu ölkənin süveren daxili işi kimi qəbul edilməli olduğu halda , KTMT- nin qəbul etdiyi müdaxilə qərarı Qazaxıstanın süverenlik prinsipi ilə zidd nəticələr ortaya çıxarır.

“Qazaxıstan hadisələrinin heç şübhəsiz ki, daxili sosial-iqtisadi və siyasi kökləri yox deyil və daxili gərginliyin yaranmasında bu faktor müəyyən rol oynadı. O da məlumdur ki, Qazaxıstan çox əhəmiyyətli geosiyasi mövqe tutduğu və mühüm ehtiyatlara malik olduğu üçün burada müxtəlif dünya qüvvələrinin toqquşan maraqları özünü bariz şəkildə göstərdi. Müəyyən beynəlxalq qüvvələrin bu ölkədə baş verən proseslərdən istifadə etmək niyyətləri olsa da, bu, heç bir halda KTMT rəhbərliyinin süveren ölkəyə hərbi qüvvə yeritməsinə əsas ola bilməzdi. KTMT - nin hərbi-siyasi moderatorlarının Qazaxıstana münasibətdə təşkilatın nizamnamə prinsiplərindən sui-istifadə etdiyinə, hətta qərəzli tətbiq etdiyinə dair ciddi şübhələr var. Süveren Qazaxıstana hərbi qüvvə yeridilməsi barədə qərarın bu təşkilatın Təhlükəsizlik Şurasına Ermənistanın sədrlik etdiyi dövrdə baş verməsi diqqət çəkən həssas bir məqamdır. Cəmi bir il əvvəl Qazaxıstanın da fəal siyasi dəstək verdiyi müharibədə Azərbaycanın ağır məğlub etdiyi Ermənistanın belə qərar verməsi KTMT- nin türk əsilli dövlətdən qisas almaq üçün alətə çevrildiyi barədə ehtimallara yol açır. Konkret desək, Ermənistan rəhbərliyi bu qərarın verilməsinə təsir göstərməklə Qazaxıstandan köhnə qisası almış kimi görünür”, – deyə o qeyd edib.

A.Quliyevin sözlərinə görə, KTMT kobud hərbi müdaxilə sayəsində Qazaxıstanın son illər xeyli irəli getmiş beynəlxalq nüfuzuna ağır zərbə vurdu.

“KTMT hərbi müdaxilənin əvəzinə, Qazaxıstanın faktiki hakimiyyəti ilə etirazçıların dinc dialoqunun reallaşmasına qədər müşahidəçi mövqe tutmalı idi. KTMT özünün bütün tarixi ərzində nizamnamənin 4-cü maddəsinə ilk dəfə, həm də yanlış şəkildə istinad etdi. Qazaxıstana müdaxilə KTMT-nin tarixində ən ağır məsuliyyətli addım kimi qalacaq. Son bir ildə şahidi olduq ki, Ermənistan ilk dəfə KTMT-ni Azərbaycana qarşı qisas və cəza alətinə çevirməyə cəhd göstərsə də, tam iflasa uğradı. KTMT-ni bu təşkilatın öz üzvlərinə qarşı cəza maxanizminə çevirmək siyasəti məhz Ermənistanın sədrliyi dövründə baş tutdu və təəssüf ki, bu sarıdan hədəf ölkə olaraq məhz Qazaxıstan seçildi. Əslində, Qazaxıstana hərbi müdaxilə KTMT-nin özünün də nüfuzunu heçə endirdi.

KTMT-nin yanlış Qazaxıstan qərarı postsovet məkanı üçün təhlükəli presedent yaradır. Təhlillər göstərir ki, bu təşkilatın nüfuzu üçün əsas məsuliyyəti daşıyan ölkələr KTMT-nin Qazaxıstanla bağlı yanlış siyasətə yönəldilməsinin bütün hallarını araşdıracaqlar. KTMT-nin postsovet məkanında bir daha addım atması onun öz perspektivi üçün dağıdıcı proseslərə yol aça bilər”, - deyə o bildirib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN