Peskov: Rusiyanın narahatlığının nəzərə alındığını söyləmək olmaz...

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitriy Peskov, jurnalistlərin ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair cavabı ilə bağlı sualını cavablandırıb.

O qeyd edib ki, bizim mülahizələrimizin və narahatlıqlarımızın nəzərə alındığını söyləmək olmaz:

"Baxın, dünən siz, həm dövlət katibinin, həm də cənab Stoltenberqin bəyanatını eşitdiniz, orada onlar tamamilə birmənalı olaraq Rusiya Federasiyasının ifadə etdiyi əsas narahatlıqların qəbuledilməzliyi barədə danışdılar. Buna əsaslanaraq, əlbəttə,  səbəb o qədər də çox deyil, amma bir şey aydındır - mən hələ də hər hansı konseptual qiymətləndirmədən çəkinərdim”, - deyə Peskov jurnalistlərə açıqlayıb.

“Əlbəttə, dünən həmkarlarımızın, qarşı tərəflərə təhvil verdiyimiz həmin sənəd layihələrində qeyd olunan əsas təkliflərlə bağlı dediklərindən son dərəcə aydın olur ki,  bizim mülahizələrimizin nəzərə alındığını ​​və ya narahatlıqlarımızı nəzərə alacaqlarını nümayiş etdirdiklərini demək olmaz".

 Peskov, həmçinin qeyd edib ki,  bu cavab sənədləri dərc edilməməlidir, lakin prinsipcə buna dəyməz, çünki artıq hər şey hamıya məlumdur.

Peskov məsələyə qiymət vermək istəmədiyini bir daha dilə gətirib...

Xatırladaq ki, ötən ilin sonunda Moskva Brüssel və Vaşinqtona təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin layihələrini təhvil verib.

Kreml qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Dünən axşam isə Rusiya Xarici İşlər Nazirliyi xəbər verib ki,  ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.

ABŞ səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edərkən mediaya şərh verməkdən yayınıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN