Yens Stoltenberq: "Biz diplomatiyanın ən yaxşı həll yolu olduğuna inanmağa davam edirik."

NATO -nun Baş katibi Yens Stoltenberq  NATO-nun Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyanın niyyətindən hələ xəbəri olmadığını, həmçinin vəziyyətin inkişafından asılı olaraq, əlavə qüvvələrin yerləşdirilməsi də daxil olmaqla qərarlar qəbul edəcəklərini bildirib.

"Rusiyanın niyyətindən xəbərimiz yoxdur. Biz vəziyyəti daim qiymətləndiririk. 2014-cü ildən sonra mövcudluğumuzu gücləndirmişik və vəziyyətin inkişafından asılı olaraq gələcək qərarlarımızı  qəbul edəcəyik. Biz diplomatiyanın ən yaxşı həll yolu olduğuna inanmağa davam edirik. Biz Ukraynaya hücumun Rusiya üçün baha başa gələcəyinə dair siqnallar verməyə davam edirik”, - deyə baş katib onlayn tədbirdəki çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, Rusiya  Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Xatırladaq ki,  NATO- nun Baş katibi Yens Stoltenberq Brüsseldə İsveç və Finlandiya xarici işlər nazirləri ilə danışıqların yekununda bildirib ki, NATO Rusiyanın genişlənməmək öhdəliyi ilə bağlı  təklifinə, Alyansın qapılarının açıq qalacağına dair cavab verəcək...
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN