Rusiyanın Ukraynada törətdikləri dünyanın hüquq institutlarını ayağa qaldırdı...

Belə ki, "Reuters"in yazdığına görə, Avstraliya və Niderland Malayziya təyyarəsinin vurulmasına görə Rusiyaya qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatında birgə hüquqi fəaliyyətə başlayıb. Tərəflər 2014-cü ildə Ukrayna hava məkanında Malayziyanın MH17 sərnişin təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşıdığını bəyan ediblər. Avstraliyanın Baş naziri Skot Morrison və xarici işlər naziri Meris Peyn bildirib ki, 38 Avstraliya vətəndaşının həlak olduğu insidentə görə məsuliyyət Rusiyanın üzərinə düşür və bu hadisə mülki təyyarələrin atəşdən qorunmasına dair beynəlxalq konvensiyanın açıq şəkildə pozulmasıdır.
Niderland XİN başçısı Vopke Hoekstra isə bəyanatında qeyd edib ki, BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı məlumatlandırılıb və 196-sı Niderland vətəndaşı olmaqla ümumilikdə 298 nəfərin həlak olduğu bu insident nəticəsiz qalmamalıdır. “Ukraynada hazırkı hadisələr bunun həyati önəmini vurğulayır”, - deyə nazir bildirib.

xatırladırıq ki, oxşar hüquqi posedurlar Ukraynadakı dağıntılara görə də Rusiyanı haqlamaqdadır. Artıq bütün istiqamətlərdən hüquqi addımlar atılır.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN