RAMZAN KADIROV MÜRACİƏT ETDİ...

Çeçenistan rəhbəri Ramzan Kadırov ukraynalılara müraciət edərək, onlardan “millətçilərin çağırışlarına cavab verməməyi” və könüllü kimi qeydiyyatdan keçməməyi xahiş edib. O, Ukrayna təhlükəsizlik xidmətinə qarşı ittiham irəli sürüb. Siyasətçi özünün Telegram kanalında bildirib ki, Ukrayna vətəndaşları “sadəcə birdəfəlik əsgərə” çevriləcək və bu, Rusiya hərbi əməliyyatının nəticəsinə təsir etməyəcək. Kadırovun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti könüllü kimi qeydiyyatdan keçənlər haqqında məlumatları “bir qəpiyə” satır.

Çeçenistan rəhbəri mesaja tam adı, pasport məlumatları və ünvanları olan sənədi də əlavə edib. Onların Jitomir vilayətindən olan könüllülər olduğu və siyahının “bu millətçi hərbi idarələrdən biri” tərəfindən yaradıldığı iddia edilir. Kadırov qeyd edib ki, siyahı “təyinatı üzrə istifadə olunmaq üçün” “Cənub” batalyonunun komandiri Hüseyn Məjidova verilib. "Yaxınlarınızın qayğısına qalın! Tezliklə dinc həyat gələcək və onu millətçilərsiz və Banderasız qurmaq üçün kişi əlləri lazım olacaq" deyə, Kadırov bildirib.

 SEVİNC MURADXANLI

 

 

 

 



Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN