Dünya da bilir ki, Putin Ukraynaya qarşı müharibəni NATO-ya daxil olmaq istəyinə görə başlayıb...

Bu məsələnin Zelinski ilə ağsaqqalcasına müzakirə etmədən ölkəni işğala sürükləmək, on minlərlə insanın ölümünə bais müharibəyə bağlamaq olmazdı! İndi Prezident Vladimir Zelenski də hesab edir ki, NATO-nun “açıq qapı” siyasətinə baxmayaraq, Ukrayna Şimali Atlantika Alyansına üzv olmayacaq.
“European Pravda” xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın başçılıq etdiyi Birləşmiş Ekspedisiya Qüvvələrinin ölkələrinin rəhbərlərinə müraciətində bildirib. "Aydındır ki, Ukrayna NATO-nun üzvü deyil. Biz bunu başa düşürük, biz adekvat insanlarıq. Biz illərdir ki, guya açıq qapılar haqqında eşitmişik, lakin ora daxil ola bilməyəcəyimizi də eşitmişik. Bu, doğrudur və bunu etiraf etmək lazımdır. Mən şadam ki, xalqımız bunu anlamağa başlayır və özlərinə, eləcə də bizə kömək edən tərəfdaşlarımıza arxalanır”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna hazırda NATO müqaviləsinin 5-ci maddəsini işə salmaq iddiasında deyil və yalnız Rusiyanın hava zərbələrini mümkünsüz etmək üçün səmanı bağlamağı xahiş edir. "Bizə yeni qarşılıqlı fəaliyyət formatları, yeni qətiyyət lazımdır. Əgər açıq qapıya girə bilməsək, o zaman bizə kömək edəcək və bizi qoruyacaq icmalarla, məsələn, sizin icmalarla əməkdaşlıq etməliyik. Və etibarlı təminatlara malik olmalıyıq", - prezident deyib.
Birləşmiş Ekspedisiya Qüvvələri Böyük Britaniyanın rəhbərlik etdiyi hərbi formatdır. Qüvvələr, arzu edilərsə, Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Hollandiya, İsveç və Norveçdən ibarət komanda formasında ola bilər.
Xatırladaq ki, Alyansın yaxın tərəfdaşı olan və bilavasitə Rusiya Federasiyasının təcavüzündən əziyyət çəkən Ukrayna isə İsveç və Finlandiya dəvət olunsa da, Alyans liderlərinin fevralın 25-də keçiriləcək görüşünə dəvət edilməyib. Həmçinin NATO-nun baş katibi Rusiyanın hücumundan sonra Ukraynaya yardım göstərilməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN