Piter Siyyarto: “Bu, yeni hərbi riskdir”

Macarıstan Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmasını dəstəkləmir, çünki bu,  hava döyüşlərinə səbəb ola bilər. Budapeşt həm də quru müharibəsinin başlaması riskləri səbəbindən Ukraynaya sülhməramlıların daxil edilməsinə qarşıdır.

 “Hirado”nun məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Piter Siyyarto deyib.

 "Biz bu məsələlər barədə aydın danışmalıyıq. Bu, yeni hərbi riskdir", - deyə nazir iddia edib.

 O, bəyan edib ki, ölkəsi Aİ-nin digər üzvləri tərəfindən Ukraynaya silah tədarükünün qarşısını almayacaq, lakin özü bunu etməyəcək. Həmçinin vurğulayıb ki, rəsmi Budapeşt Rusiyanın enerji resurslarının tədarükü ilə də bağlı sanksiyalara qarşıdır.

 “Biz Macarıstanın enerji təchizatının təhlükəsizliyinə xələl gətirən sanksiyaları dəstəkləməyəcəyik”, - deyə nazir qeyd edib.

 Xatırladaq ki, Macarıstan ikinci dünya müharibəsindəki məğlubiyyət nəticəsində, yəni 1944-cü ildə sovet ordusunun işğalına məruz qalıb və ölkədə kommunist hökuməti qurulub. Lakin 12 sonra sovet modelli rejimə qarşı (1956-cı il oktyabrın 23-də) kütləvi nümayişlər başladı və 1989-cu ildə ölkədə demokratik parlamentli respublika quruldu.

 Qeyd edək ki, Macarıstan Ukrayna ilə şimali -şərqdən həmsərhəddir- qonşudur. 10 milyonadək əhalisi olan ölkə, 2004-cü ildən Avropa İttifaqının üzvüdür və  2007-ci ildən Şengen zonasına daxil olub.

 Hal-hazırda  BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və bir çox  digər təşkilatların da üzvüdür. 

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN