Amerika Birləşmiş Ştatları və Ukrayna xarici işlər və müdafiə nazirləri səviyyəsində 2+2 təhlükəsizlik dialoquna başlayır.

Tezadlar.az bildirir ki, bu barədə ukraynalı nazirlər amerikalı həmkarları ilə görüş başlayandan sonra bildiriblər. Sitat: "İlk dəfədir ki, biz 2+2 formatında görüş keçiririk. Biz ABŞ və Ukrayna arasında siyasi və müdafiə sahələrində cari məsələləri və əməkdaşlığı müzakirə edirik", - deyə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib. 

Qeyd edək ki, görüş Varşavada keçirilir. “Bu xüsusi 2+2 formatı bizə Ukraynanın Rusiya təcavüzünə müqavimət göstərmək qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sferasında praktiki həll yolları axtarmağa imkan verir”, - XİN rəhbəri Dmitri Kuleba isə belə əlavə edib.
  Xatırladaq ki, amerikalı nazirlərlə yanaşı Pentaqon rəhbəri Lloyd Ostin, dövlət katibi Entoni Blinken də hazırda prezident Co Baydenlə birlikdə Polşadadırlar. Reznikov deyib ki, axşam saatlarında dörd nazirin hamısı “ABŞ prezidentinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı çıxışında iştirak edəcəklər".
Xəbər verdiyimiz kimi, hazırda ABŞ Rusiyanın NATO ərazisinə zərbələr endirəcəyi təqdirdə fəaliyyət planı hazırlayır. Bu arada Ukrayna prezidenti Zelenski ABŞ-dan "Javelin" və "Stinger" raketlərinin tədarükünü bir neçə dəfə artırmağı xahiş edib. ABŞ rəhbərliyi bu dəstəyin verildiyinə diqqəti çəkib. Həmçinin qeyd ediblər ki, ABŞ Ukraynanı tək buraxmayacaq, bütün mümkün köməyini edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN