Prezident İlham Əliyev DÜNƏN Ukrayna müharibəsi haqqında bunları dedi: "Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur Bayraktar dronlarından istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur".
Bəli, həqiqətən də çRusiya-Ukrayna müharibəsi yalnız dronlardan istifadəyə münasibətdə deyil , bir çox sahələrdə Azərbaycana qarşı açıq-aşkar ikili standartları ortaya çıxarıb. Xatırladırıq ki, İkinci Qarabağ savaşında Azərbaycan Türkiyənin Bayraktar-ından effektiv istifadə etdiyinə görə Kanada Türkiyəyə sanksiya tətbiq edərək, dron istehsalı üçün kameraları verməkdən imtina etmişdi. Başqa birisi də dron istehsalı üçün mühərrik və s. hissəni verməkdən imtina etmişdi. Bir alman qəzeti , səhv eləmirəmsə Bild qəzeti də , lap dərinə gedərək Bayraktarı "Ərdoğanın qatil dronu" adlandırmışdı. Bayraktara qatil kimi yanaşanlar indi Ukraynada bunu "Ümidlərin silahı" kimi xarakterizə etməkdədirlər... Dünyanın hərbi mütəxəssisləri də etiraf edir ki, Rusiyanın UKraynada apardığı işğalçı müharibədə türk dronları Ukraynalı döyüşçülərə böyük kömək etməkdədir. Hətta müharibənin ilk günlərində Rusiyanın hərbi komandanlığı Türkiyəyə bu dronları Ukraynaya verməməyi tələb edirdilər. Lakin Türkiyə bu tələbi rədd etmişdi.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN