Xəbər verildiyi kimi, dünən həbs edilən ukraynalı oliqarx, Ukrayna Ali Radasının rusiyayönlü deputatı Viktor Medvedçukun

gənc sonuncu xanımı, vətənində yaxşı tanınan teleaparıcı Oksana Marçenko Zelenskiyə və Ərdoğana müraciət edib. Xanım Zelenskiyə ərinin heç bir təqsiri və cinayət sahibi olmadığı deyir və onu azad etməyi xahiş edir. Tanınmış araşdırmaçı jurnalist Çingiz Sultansoy bu həbs və müraciətlə bağlı maraqlı status paylaşıb: "...Görünür, Oksana xanım ev dustaqlığından qaçmağı, daha başqa əməllərini demirəm, onları cinayət saymır. Olsun, anlaşılandır, əri üçün çalışır. Daha sonra, ikinci videoda xanım prezident Ərdoğana da müraciət edir və onu ərinin azad olunması məsələsində yardımşı olmağı xahiş edir. Ərdoğana müraciət zamanı Türkiyə prezidentinin və İslam Dünyasının dəyərlərinə sayğı göstərmək üçün Oksana xanım başına kəlağayı örtüb....".

 Təbii ki, bu hüquqi məsələdir Ukrayna dövlətinin üzərindədir... Amma xanımın kəlağayı örtərək Ərdoğana müraciət etməsi də incə siyasətin tərkib hissəsidir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN