"Rus işğalçıları indi də Azovstal metallurgiya zavodunda müdafiəni saxlayan Mariupolun ukraynalı müdafiəçilərinə bir daha silahlarını yerə qoyub təslim olmağı təklif edirlər".

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadla bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb. Sitat: “Azovstal metallurgiya zavodunda yaranmış fəlakətli vəziyyəti nəzərə alaraq, həm də sırf humanist prinsipləri rəhbər tutaraq, Rusiya Silahlı Qüvvələri 17 aprel 2022-ci il saat 06:00-dan etibarən millətçi batalyonların yaraqlılarına və xarici muzdlulara istənilən hərbi əməliyyatları dayandırmağı və silahları yerə qoysunlar. Silahını yerə qoyan hər kəsə həyat zəmanəti verilir”.
Ukrayna MN məlumat verib ki, işğalçılar məlumat mübadiləsi üçün tərəflər arasında səhər saat 5-də əlaqə yaratmağı təklif edirlər. Saat 5.30-dan etibarən isə ruslar guya "tam sükut rejimi" elan edəcək və ona "ciddi" riayət olunmasına "zəmanət" verəcəklər. Rusiya Federasiyasının planına uyğun olaraq hər iki tərəfdən səhər saat 6:00-da "sükut rejimi"nin başlaması bayraqların qaldırılması ilə göstərilir: Rusiya tərəfdən - qırmızı, Ukrayna tərəfdən - ağ. Tərəflərin “sükut rejimi” tətbiq etməyə hazır olması faktı bütün rabitə kanalları ilə təsdiqlənməlidir və saat 6:00-dan 13:00-a qədər ukraynalı müdafiəçilər Azovstalı silahsız və sursatsız tərk etməlidirlər.

*** 

Xatırladaq ki, bir müddət əvvəl Kadırovçuları Mariupola göndərən Çeçenistan rəhbəri Ramzan Kadırov artıq bir neçə dəfə bəyan edib ki, onun silahlıları Mariupolu fəth etmək üzrədir. O, həmçinin bir neçə dəfə ukraynalı döyüşçülərə təslim olmağı təklif edib. Prezident Vladimir Zelenski isə bildirib ki, əgər Mariupolda ukraynalı müdafiəçilər öldürülərsə, bu Rusiya ilə danışıqlara son nöqtənin qoyulması demək olacaq.

Hazırda Mariupol müdafiəçilərinin köməyinə dronlarla dəstək veriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmaqdadır. Ukrayna MN isə bildirib ki, cəhdləri boşa çıxan Rusiya hərbi Komandanlığı isə havadan desantlardan istifadə etməklə hücum əməliyyatı qurmaq istəyir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN