Rusiyanın Ukrayna müharibəsində təcrübəli komandirlərini itirməsi getdikcə artmaqdadır.

"Moskva" kreyserinin ardınca Qara dəniz donanmasına məxsus ən iri desant gəmilərindən biri olan “Sezar Kunikov”un komandiri, üçüncü dərəcəli kapitan Aleksandr Çirva Ukraynada aparılan işğalçı müharibə öldürüldüyü məlum oldu. Bu  barədə Sevastopol vilayətinin qubernatoru Mixail Razvojaev teleqram kanalında məlumat verib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, A.Çirva döyüşlər zamanı gəminin ekipaj üzvlərinin həyatını xilas etməyə nail olsa da, özü ağır yaralanıb. Komandir bu gün aprelin 18-də Sevastopolda dəfn edilib. 

Portal yazır ki, Ukrayna Silahlı Qüvvələri martın 29-da Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib. Həmin vaxt daha iki iri desant gəmisi - “Novoçerkassk” və “Sezar Kunikov”un da zədələndiyi bildirilirdi. Məhz A.Çirvanın da həmin vaxt ağır yaralandığı ehtimal olunur. A.Çirva Sevastopol şəhərində anadan olub, 2015 və 2016-cı illərdə Suriya döyüşlərində də iştirak edib. 

Rusiya ordusu üçün daha bir bəd xəbər: Ukrayna Silahlı Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində Rusiyanın 49-cu zenit-raket briqadasının komandiri, polkovnik İvan Qrişini də öldürülüb. Belə ki, Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə-taktiki birliyinin 49-cu zenit-raket briqadası Smolensk vilayətinin Qırmızı Bor qəsəbəsində daimi dislokasiya olunurdu.

 Ukrauna-Rusiya müharibəsindən isə sülh ab-havası bitmiş kimi görünür...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN