Rusiyanın müdafiə naziri Serey Şoyqu, nəhayət, media üzünə çıxdı...

Ukrayna mediası yazır ki, o, deyib: Rusiya özünü elan edən DXR və LPR-nin “azad edilməsi planını ardıcıl şəkildə yerinə yetirir”. Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiya iclasında çıxış edən Şoyqu Hərbi Hava Qüvvələrinin xidmətinə də toxunub. Nazir deyib ki, ABŞ və digər Qərb ölkələri müharibənin gedişatını mümkün qədər “uzadmaq” üçün hər şeyi edir. "Xarici silahların artan həcmləri onların Kiyev rejimini döyüşə təhrik etmək niyyətlərini açıq şəkildə nümayiş etdirir".

Şoyqu nadir hallarda ictimaiyyət qarşısına çıxır və ya son vaxtlar hər hansı açıqlama vermirdi. BBC portalı yazır ki, kollegiyadan əvvəl nazirin son mesajı aprelin 8-də LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı başsağlığı olub. Mart ayında mediada onun səhhətində problemlər yaranmışdı, çünki Şoyqu uzun müddət ictimaiyyət qarşısında çıxış edə bilmirdi... 

Rusiyanın müdafiə nazirinin kollegiya iclasındakı məlum çıxışı isə Ukrayna mediasında sərt tənqid edilib. Tənqidi fikirlərdə qeyd olunur ki, xarici ölkələrdən verilən silahlar Ukraynanın Rusiyanın təcavüzündən qorunması üçündür, müharibəni davam etdirmək üçün yox...

A.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN