Bayden bu gün Türkiyə tarixinə yanlış baxışlarına görə qınandı...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib. Çavuşoğlu bu barədə tviterdə yazıb. “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN