Rusiyalı boksçu Murat Qassiyev Ermənistan vətəndaşlığını qəbul edib.
Rusiyalı peşəkar boksçu Murat Qassiyev Ermənistan vətəndaşının pasportunun sahibi olub.
Bu barədə Ermənistanın Təhsil-elm, mədəniyyət və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“WBA Asiya və EBP versiyasına görə Asiya çempionu olan boksçu Murat Qasiyev bu yaxınlarda Ermənistan vətəndaşlığını qəbul edib”, - deyə məlumatda deyilir.
Qurum Qassiyevin Ermənistan bayrağı altında tezliklə çıxış edəcəyinə də ümid etdiyini bildirib.
İdman nazirinin müavini Karen Giloyan idmançıya müraciət edərək, “Ümid edirəm ki, siz yaxın gələcəkdə Ermənistan təmsilçisi kimi döyüşüb qalib kimi Ermənistan bayrağını qaldıra biləcəksiniz”- bildirib.
Qeyd edək ki, milliyyətçə osetin olan Murat Georgieyeviç Qassiyev Şimali Osetiyada doğulub. O, ağır çəki dərəcələrində mübarizə aparan rusiyalı peşəkar boksçudur.
Xatırladaq ki, martın 3-də Murat Qasiyev amerikalı Mayk Baloqunla döyüşəcək. Həmin döyüş də Ermənistanda baş tutacaq.
Onu da əlavə edək ki, ağır çəkili boksçu bir neçə il əvvəl məğlub olduğu məğlubedilməz Oleksandr Usıka qarşı döyüşmüşdü.
JASMİN