Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın “HİK” komandası ilə qarşılaşdı.

Tezadlar.az xəbər verir ki, “Bolt Arena”da keçirilən görüşdə ağdamlılar hesabda geri düşmələrinə baxmayaraq, oyunu qələbə ilə başa vurmağa nail oldular - 2:1.

Ev sahibləri matçın 10-cu dəqiqəsində Santeri Hostikkanın qolu ilə hesabı açdılar. 6 dəqiqə sonra “HİK” futbolçuları meydanda sayca azlıqda qaldılar, Kevin Kuassivi-Benissan qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırıldı. Hesabı bərabərləşdirmək üçün irəli atılan “Qarabağ” birinci hissənin sonunda (45+3) istəyinə çatıb. Tural Bayramov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi – 1:1.

Fasilədən sonra da hücumları davam etdirən ağdamlılar 56-cı dəqiqədə Yassin Benzianın qolu ilə hesabda irəli çıxdılar – 2:1. Və ağdamlılar görüşü qələbə ilə başa vurdular.

Beləliklə Bakıda keçirilmiş oyunda da eyni hesabla qalib gələn “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəldi. Bu mərhələdə ağdamlıların rəqibi Sloveniyanın "Olimpiya" komandası olacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN