AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

TEZADLAR.AZ idman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXV turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

“Kəpəz” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Turan Tovuz” matçından sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə meydan sahibi 500 manat cərimələnib.

“Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaq klub 700 manat ödəyəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN