Özbəkistan idmançıları Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında 13 medal qazanıblar.

 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında medal qazanan Özbəkistan idmançılarına pul mükafatları və digər hədiyyələr verilib.

 Milli Olimpiya Komitəsində keçirilən mərasimdə Baş nazir Abdulla Aripov və Senatın sədri Tənzilə Narbayevaya “prezidentin hədiyyəsi” yazılmış pul mükafatı və mənzil sertifikatları təqdim edilib.

Mükafatın məbləğləri 2022-ci ilin fevralında dövlət başçısı tərəfindən təsdiq edilib, dövlət büdcəsindən ayrılacaq.

TEZADLAR.AZ Özbəkistan mediasına istinadən xəbər verir ki, olimpiadanın çempion və medalçılarına aşağıdakı mükafatlar təqdim olunub:

 

Qızıl medal sahibləri:

 200 min dollar;

Tahoe avtomobili;

ikimərtəbəli kottec.

 

Gümüş medal sahibləri:

 

100 min dollar;

BYD Song Plus EV Champion Flagship avtomobili;

mənzil.

 

Bürünc medal sahibləri:

 

50 min dollar;

BYD Song Plus DM-i Champion Flagship avtomobili;

mənzil.

 

Prezidentin sərəncamı ilə yetirmələri “qızıl” alan məşqçilərə 50 min dollar, “gümüş” alanlara 25 min, “bürünc”ə görə isə 12,5 min dollar ayrılıb.

Qeyd edək ki, 2024-cü ildə Parisdə keçirilən Olimpiada Özbəkistan üçün ölkənin bütün müstəqil inkişafı tarixində ən uğurlusu olub. Ölkə 13 medalla (8 qızıl, 2 gümüş və 3 bürünc medal)  ümumi medal sıralamasında 206 ölkə arasında 13-cü, Mərkəzi Asiyada 1-ci, MDB-də 1-ci, Asiyada 4-cü yeri tutub.

 

Qızıl medal qazananlar:

 

Diyora Keldiyorova (cüdo, -52 kq)

Uluqbek Rəşitov (taekvondo WT, -68 kq)

Razambek Camalov (sərbəst güləş, -74 kq)

Həsənboy Dusmatov (boks, -51 kq)

Abdumalik Xalokov (boks, -57 kq)

Əsədxuja Muydinxujayev (boks, -71 kq)

Lazizbek Mullojonov (boks, -80 kq)

Bahodir Cəlolov (boks, +92 kq)

 

Gümüş medal qazananlar:

 

Əkbər Jurayev (ağır atletika, -102 kq)

Svetlana Osipova (taekvondo WT, +67 kq)

 

Bürünc medal qazananlar:

 

Müzəffərbek Turaboyev (cüdo, -100 kq)

Əlişir Yusupov (cüdo, +100 kq)

Qulomjon Abdullayev (sərbəst güləş, -57 kq).

 

Xatırladaq ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı 41  idmanç təmsil edib.

İdmançılarımız  2 qızıl, 2 gümüş və 3 bürünc (ümumilikdə 7 medal) qazanaraq ölkəmizi medal sıralamasında 30-cu yerdə qərarlaşdırdılar. Bu nəticə ümumi komanda hesabında Azərbaycanın tarixində ən yaxşı nəticə hesab olunur.

Medal qazanan idmançılarımız:

Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl;

Zelim Kotsoyev (100 kq) – qızıl;

Boks: Alfonso Dominges (92 kq) – gümüş;

Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş;

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc;

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc;

Maqomedxan Maqomedov (97 kq) – bürünc.

 

Bundan əvvəl Azərbaycan üçün ən yaxşı göstərici “London 2012” Yay Olimpiya Oyunları olub. “Dumanlı Albion”da da idmançılarımız ümumi komanda hesabında 204 ölkə arasında 32-ci yeri tutmuşdular. 

Və əlbəttə ki, arzu edirik ki, növbəti olimpiya oyununda idmançılarımız daha mübariz olaraq Azərbaycanın adını daha yüksəyə qaldırsınlar. Çünki Azərbaycan buna layiqdir! 

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN