Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open” turnirində 4 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından Tezadlar.az-a bildiriblər ki, yarışın ilk günü “Alpman” klubunun 4 idmançısı dayanq üzərinə çıxıb.
Uşaqların mübarizəsində Murad Həsənzadə (26 kiloqram) və Sübhan Rzayev (38 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pumse üzrə yarışda isə Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) gümüş mükafata yiyələniblər.
R.XUDATQIZI