Qazaxıstanın paytaxtı Astana şəhərində V Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, "Astana" arenada baş tutan mərasimdə əvvəlcə Qazaxıstan bayrağı qaldırılıb və Dövlət Himni səsləndirilib.

Ardınca iştirakçı ölkələrin paradı baş tutub. Tədbirdə Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini, oyunların Təşkilat Komitəsinin rəhbəri Roman Sklyar və Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan çıxış ediblər.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tədbir iştirakçılarını salamlayıb və yarışı açıq elan edib. Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Tədbirin gedişində köçəri tarixini tərənnüm edən musiqi nömrələri səsləndirilib.

Açılış mərasimini Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və ədliyyə naziri Fərid Əhmədov da stadionda izləyiblər.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN