Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə (U-17) güləşçilər arasında “Victory cup” turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, ənənəvi yarışın sonuncu günündə yığma üzvləri 11 medal qazanıblar. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.

Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olublar. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutublar. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında birinci yeri tutub.

Sərbəst güləşdə Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında üçüncü olub.

Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıblar. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında üçüncü yeri tutub.

Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıblar.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN