Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - Baş direktor cənab Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Pin It

"Çox böyük irəliləyiş olacaq, biz birpartiyalı sistemlə vidalaşacağıq".

Pin It

Yaxud, “Bank of Baku" ilə hakimlərin marağı harada toqquşur?

Pin It

Gürcüstan seçkilər ərəfəsində və ya seçim ərəfəsində...
Azərbaycan dövləti heç zaman NATO üzvü olacağı və ya Avropa İttifaqına üzv olmaq niyyətinin olması barədə heç bir vəd verməyib və sənəd imzalamayıb.
TEZADLAR.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib. 
O vurğulayıb ki, sadəcə bu qurumlarla müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq edib.
"Məsələn, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramıda iştirak edib. Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. Amma dərin inteqrasiyadan çəkinib və buna görə də nə NATO-dan nə Aİ dən heç bir əlavə siyasi, iqtisadi və maliyyə dəstəyi almayıb", - deyə qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanda vəziyyət başqadır, çünki bu ölkə Qərbdən bəhrələnib və əvəzində nələrisə boyun olublar...
"Onlar son 20 ildə Qərbdən külli miqdarda dəstək alıb və vəd veriblər. Vədlə yanaşı inteqrasiya sənədlərini imzalayıblar və bunun da müqabilində əhəmiyyətli dəstək alıblar. İndi isə anlayırlar ki, daha dərinə getmək problem yaradır. Bəzi geriçəkilmələr ediblər. Qərb bunu aldatmaq kimi anlayır və... əlindən gələni edir ki, hakimiyyəti ya "yola gətirsin" ya da dəişiklik olsun.
Bacaracaqlarmı?", -  bildirib.
Sahib Məmmədov hazırda Gürcüstanda inqilabi şəraitin yetişməmiş kimi göründüyünü, amma vəziyyətin dəyişə biləcəyini də istisna etmir...
Y.Məmmədli
Pin It

 Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında fərman imzalayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN