Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin gəlini Svetlana Nazarbayeva 76 yaşında dünyasını dəyişib.

O,  Nursultan Nazarbayevin 1981-ci ildə avtomobil qəzasında həlak olan kiçik qardaşı Satibaldının həyat yoldaşı idi.

***

 Svetlana Nazarbayeva, eyni zamanda  məhkum olan iş adamı Kayrat Satıbaldının və QR Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Samat Abişanın anasıdır. 

TEZADLAR. AZ xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

 Qeyd edək ki, Svetlana Nazarbayeva Almatı vilayətinin Lepsi kəndində anadan olub. Abay adına Qazaxıstan Pedaqoji  İnstitutunu bitirib, təhsili üzrə filoloq, pedaqoji elmlər namizədidir.

 O müəllim işləyib, həmçinin 1984-2003-cü illərdə Almatı gimnaziyasının direktoru olub. Nazarbayeva, həm də “Dəyip” nəşriyyat kompleksinin təsisçisi və baş direktoru idi.

 Mediada “Dəyip” şirkətinin dövlət satınalmaları saytında mütəmadi olaraq müsabiqələrdə iştirak etdiyi və daima qalib gəldiyi bildirilir.

 “Təkcə 2022-ci ildə şirkət 100 milyon tengedən çox məbləğdə müqavilələr bağlayıb. Svetlana Nazarbayeva həm də daşınmaz əmlak icarəsi ilə məşğul olan “İnterdizayn-AS” şirkətinin sahibəsi olub. Şirkət dövlət satınalmalarında iştirak etmir, lakin davamlı olaraq hər il on milyonlarla vergi ödəyir”, - orda.kz bildirir.

 Xatırladaq ki, Nazarbayevanın oğullarından ən böyüyü Kayrat maliyyə cinayətlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. 16 avqust 2024-cü ildə Ust-Kamenoqorsk şəhərinin 2 saylı məhkəməsi cəzasının çəkilməmiş müddətini azadlığın məhdudlaşdırılması ilə əvəz edib.

 Belə ki, məhkumun davranışları müsbət səciyyələndirilib, hökmlə dəymiş ziyan ödənilib, həmçinin o könüllü olaraq 700 milyard təngədən çox aktivləri də dövlətə verib.

 2024-cü ildə Astanada Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Samat Abiş barəsində də hökm çıxarılıb. O, QR-da  baş vermiş yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə səkkiz il şərti cəza alıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN