Nərimanov rayon Məhkəməsi əvvəllər "SOCAR PETROLEUM" QSC rəisinin keçmiş müşaviri vəzifəsində çalışmış, hazırda şirkətdə böyük iqtisadçı işləyən İlqar Əkbərlinin barəsində qərar verdi…

«Təzadlar»a dünən daxil olan şikayət məktubu və digər məlumatlarla bağlı araşdırma apardıq… Məlum olurdu ki, adı çəkilən nüfuzlu şirkətdə "Cəmiyyətin büdcə, iqtisadi təhlil və proqnozlaşdırma şöbəsində" boyük iqtisadçı vəzifəsində çalışan, 24.08.1984-cü il təvəllüdlü Əkbərli İlqar Pənah oğlu, 21 oktyabr 2024-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci Maddəsi ilə inzibati həbs olunmuşdur (Bu barədə bu gün  ilk olaraq həm də "Qafqazinfo.az" portalı, ardınca digər çoxsaylı saytlar da məlumat yaymışdır). 

 Qeyd etmək istərdik ki, Əkbərli İlqar Pənah oğlu daha öncə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 (Xuliqanlıq) maddəsi ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlığı məhdudlaşdırılmışdır.

Bəs əslində nə baş verir?

 Onu da qeyd etmək istəyirik ki, Əkbərli İlqar Pənah oğlu ilə bağlı onun çalışdığı iş yerindən məlumat almağa çalışdıq. İ.Əkbərlini müsbət xarakterizə etdilər. Bununla belə, baş verənlərlə bağlı ortada olan məhkəmə qərarlarının mövcudluğu hadisələrin, əslində, necə cərəyan etdiyinə dəlalət edir.

Hazırda İlqar Əkbərli ilə də əlaqə saxlamağa çalışırıq və onun da məsələyə dair mövqeyini öyrənmək istərdik.

ilqar

Bu isə BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİnin qeyd olunan QƏRARı. Qərarda deyilir: «Bakı şəhəri (İş № 3(005)-3360/2024, 21.10.2024-cü il) hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zeynalov Emil Teymur oğlunun, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi, “Fides” Vəkil Bürosunun vəkili Qurbanov İbrahim Nizami oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Əkbərli İlqar Pənah oğlunun iştirakları ilə… sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ…».

 Məhkəmə qərarının qət hissəsində isə deyilir: «Əkbərli İlqar Pənah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 oktyabr 2024-cü il tarix, saat 16:38-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Əkbərli İlqar Pənah oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə çatdırılması Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər».

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN