Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC 2021-2022-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

Tezadlar.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. İddiaçılar ilkin sənədləri avqustun 10-u, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqutun 18-i, saat 18:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 83/23 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə avqustun 19-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladırıq ki, 1996-cı ildən Material Ehtiyatları Nazirliyinin bazasında yaradılmış qurum uzun illər idi faktiki olaraq fəaliyyətsiz olmuşdur. Nəticədə qurumun balansında olan idarə və müəssisələr müflisləşərək sıradan çıxarılmış, balansda olan torpaq sahələri müxtəlif şəxslər tərəfindən ələ keçirilib özəlləşdirilmişdir. 

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN