Xəbər verdiyimiz kimi, dünən Rusiya təhlükəsizlik Şurası sədrinin müavini Medvedev Gürcüstanın dövlətçiliyini şübhə altına alan açıqlama yaymışdı...
"Gürcüstanın 5 000 illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz", -deyən gürcüstanın hakim partiyasının aparıcı üzvlərindən olan Arçil Talakvadze Dimitri Medvedevin sosial media hesabı vasitəsilə paylaşılan statusuna sərt cavab verib. Sİtat: "Gürcüstanın 5 000 illik mövcudluq tarixi var və bunu heç kim dəyişə bilməz. Təhlükələr və çətinliklərlə dolu bir vaxtda, çətin bir regionda yerləşirik. Bütün istiqamətlərdən Gürcüstanın sabitliyinə konkret təhlükələr meydana çıxır. Rusiya Gürcüstan ərazisinin qanunsuz işğalını davam etdirir. Biz isə ərazi bütövlüyümüzü qorumaq və uzunmüddətli sabitlik üçün beynəlxalq prinsiplərə sadiq şəkildə mübarizəmizi davam etdiririk. Bu bizim hakimiyyətimizin bir nömrəli tapşırığıdır,"-deyə Talakvadze əlavə edib.
Rusiyanın sabiq prezidenti, bu ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "VKontakte" sosial şəbəkəsində etdiyi paylaşımda Gürcüstana qarşı mövqe sərgilənib. Dimitri Medvedevin sosial şəbəkəsində onun adı ilə dərc olunan yazıda Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qələmə verilib. Daha sonra isə paylaşım silinib.
Rusiya siyasətçiləri, görünür, Ukraynadakı işğal niyyəti baş tutmadığından indi də belə bir qeyri-ciddi bəyanatlarla gündəmə gəlmək istəyirlər. Hətta Medvedev Qazaxıstanın da dövlətçiliyini ələ salan ifadələr işlətmişdir...
Növbə hansı dövlətindir, maraqlıdır...
A.Məmmədli