2024-cü ilin avqust ayından etibarən Kursk vilayətində keçirilən əməliyyat zamanı ukraynalı desantçıların sayəsində Rusiya ordusu təxminən 8 min əsgər itirib ki, bu da düşmənin 15 batalyonuna bərabərdir.
Tezadlar.az Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə komandanlığının mətbuat xidmətinə istinadla bildirir ki, Rusiya işğalçıları arasında sanitar və bərpa olunmaz itkilərin 7980 nəfər olduğu bildirilir. Məlumatda o da qeyd edilir ki, düşmənin texnikası və silahları ilə bağlı burada da ciddi uğurlar olub. Ümumilikdə 58 tank, 162 piyadaların döyüş maşını, 46 zirehli transportyor, 136 artilleriya sistemi, 2 reaktiv yaylım atəşi sistemi, 592 müxtəlif növ texnika, 46 elektron döyüş stansiyası və digər xüsusi texnika məhv edilib və zədələnib. Paraşütçülər düşmənin 300-ə yaxın əsgərini əsir götürüb, həmçinin 9 tank, 4 zirehli transportyor, 9 silah, 6 minaatan və s. ələ keçiriblər.
Ukrayna MN az əvvəl Kursk əməliyyatı zamanı Rusiya Federasiyasının 3 helikopterini və 146 pilotsuz təyyarəsini məhv etdiklərini bildirmişdir.
Müharibə isə davam edir. Hələki sülh işartıları da müharibədə itib-batmaqdadır...
A.Məmmədli