Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə danışıqlarda Yaxın Şərq ölkələrini İsrailin hərəkətlərinə qarşı həmrəy olmağa çağırıb.

Tezadlar.az bu barədə Türkiyə liderinin ofisinə istinadən xəbər verir.

Qeyd edilib ki, Ərdoğan şənbə günü İraqın baş nazirini İstanbuldakı Vahdettin malikanəsində qəbul edib. Görüşün əsas mövzuları Türkiyə və İraq arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər olub.

Ərdoğan xüsusilə “İsrail təcavüzünün Yaxın Şərqdə yayılması” mövzusunu qaldırıb.

“Türkiyə prezidenti bunun təkcə regional deyil, qlobal sülhə də təhlükə yaratdığını, bunun qarşısını almaq, sülh və əmin-amanlığı təmin etmək üçün beynəlxalq ictimaiyyətin, xüsusilə də region dövlətlərinin həmrəylik içində hərəkət etməli olduğunu bildirib. Türkiyə sülh üçün səylərini davam etdirəcək”, – Ərdoğanın ofisi bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN