“...Azərbaycan Ukraynaya 20 milyon dollardan artıq humanitar yardım göndərib, təcili yardim və yanğın söndürən maşınlarını pulsuz benzinlə təmin edib.”

***

Bu gün Ukraynanın müstəqillik günüdür. 923 milyon dollarlıq dövriyyə ilə Ukrayna Azərbaycanın post-sovet məkanında ikinci ən böyük ticarət tərəfdaşıdır.

  Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Ukraynanın müstəqillik günü ilə bağlı paylaşımında qeyd edib.

O, bildirib ki, son 5 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb.

“Hansı ki, 2016-cı ildə bu rəqəm cəmi 333 milyon dollar idi.

Müharibəyə rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi bu ilin geridə qalan aylarında da qorunub saxlanılıb. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub”, - deyə iqtisadçı millət vəkili bildirib.

 Vüqar Bayramov Ukraynada müharibə başladıqdan sonra ölkəmizin dost ölkəyə dəfələrlə humanitar yardımlar göndərdiyini və bu dəstəyin indi də davam etdiyini vurğulayıb.

Millət vəkili, həmçinin Ukrayna xalqını  - “24 avqust Müstəqillik Günü” münasibətilə təbrik edərək, müstəqilliklərinin daimi olmasını da diləyib:

“Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan Ukraynaya 20 milyon dollardan artıq humanitar yardım göndərib, təcili yardim və yanğın söndürən maşınlarını pulsuz benzinlə təmin edib. Azərbaycan Ukraynaya humanitar dəstəyini indi də davam etdirir. Avqustun 21-də Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə reabilitasiya kursu keçmək üçün valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Ölkələr arasındakı strateji münasibətlər kifayət qədər yüksək qiymətləndirilir. Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyırlar.

Müstəqilliyiniz Əbədi Olsun”, - Vüqar Bayramov deyib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN