İlham Şaban: ««Azərbaycan neft təsərrüfatı» jurnalındakı redaktor, müavin, məsul katib, lap belə mürəttib ştatı... Bunları başa düşdük... Bəs baş mühasib, baş mühasibin müavini neynir orda, yəqin hələ mühasib və kassir ştatları da var...»

SOCAR Prezidenti Rövşən Nəcəfin şirkətin idarəetmə və rəhbər vəzifəli şəxslərinin əmək haqlarına əlavələrin verilməsi və s. barədə imzaladığı 19 avqust 2022-ci il tarixli əmrinin ictimai müzakirəsi davam edir.

«Təzadlar» dünən Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının eksklüziv müsahibəsini təqdim etmişdi. Həmin müsahibədə də ayrıca vurğulanmışdı ki, axı necə ola bilər ağır əmək və iş şəraitli sıravi neftçi ayda 1000-1400 manat əmək haqqı alır (onun da xeyli hissəsi vergilərə tutulur), amma kabinetdə əyləşən rəhbər işçilər isə ayda bundan 10-12 dəfə çox əmək haqqı alır, imtiyaz, səlahiyyətlərə malik olurlar?! Yəni, bu dəfəcədə ədalətsizlik olarmı???

 Beləliklə, dünəndən qeyd olunan müsahibə ətrafında və müsahibəyə səbəb olmuş məlum ƏMR ətrafında müzakirələr gedir. Hətta aldığımız məlumata görə, maraqlı tərəflər guya bu əmrin sistemdən xaker vasitəsilə ələ keçirildiyini bildiriblər. Halbuki bu tip sənədlər və aktlar ictimai maraq kəsb etdiyindən (kommersiya sirri deyil) ictimaiyyət üçün əlçatan olmalıdır. Bunu «İnformasiya əldə etmək haqqında» Qanun da tələb edir və s.

 Bəs «Azərbaycan neft təsərrüfatı» jurnalındakı fantastik əmək haqqı tətbiqi necə meydana çıxıb???

 Adı çəkilən jurnalın mövcudluğunu biz də ilk dəfə idi eşidib bilirdik. Amma neft sahəsi üzrə tanınmış ekspert İlham Şabanın fb statusunda belə bir fikri var idi: ««Azərbaycan neft təsərrüfatı» jurnalındakı redaktor, müavin, məsul katib, lap belə mürəttib ştatı... Bunları başa düşdük... Bəs baş mühasib, baş mühasibin müavini neynir orda, yəqin hələ mühasib və kassir ştatları da var...».

Təsəvvür edirsinizmi, ayda bir dəfə nəşr olunan bu jurnaldakı ştatlarda əyləşənlərin  maaşı indi nə qədərdir???

 Sosial platforma istifadəçisi Seymur Kazımov isə bu ətrafda maraqlı araşdırma təqdim edib. O, yazır: ««Azərbaycan neft təsərrüfatı jurnalının baş redaktoru, müavinləri və baş mühasibinin astronomik əmək haqqı ilə bağlı maaş cədvəlini yəqin ki, görmüsünüz. Sizcə kimdir bu bəxtəvərlər? Yüngülvari bir araşdırma apardım və sizi bəxtəvərlərlə tanış edirəm:

1.Jurnalın baş - 75 yaşlı İbrahim Quliyev AMEA-nın vitse-prezidentidir. Yaxın qohumu da jurnalda məsul vəzifədədir.

2.Baş redaktorun müavini- 70 yaşlı Mədət Şixiyevin də ailə üzvü jurnalda onun rəhbərliyi altında çalışır.

3.Baş redaktorun müavini- 74 yaşlı Eldar Şahbazov eyni zamanda AMEA-nın laboratoriya rəhbəridir… Və maraqlıdır ki, artım niyə məhz rəhbərlərə şamil olunub? Bəs işçilər nə ilə məşğuldur?

Jurnal ayda 1 dəfə dərc olunur. Bu şəxsləri isə  yəqin ki, tanıyırsınız.

SOCAR strukturuna daxil olan, neft gəlirləri hesabına maliyyələşən «Azərbaycan Neft Təsərrüfatı» Jurnalı işçilərinin də əmək haqqına əlavələr olunub. Buyurun:

Mövcud əmək haqqı  Əlavədən sonra

Redaktor-  4526            8147

Redaktor müavini- 4209   7155

Baş mühasib- 4209    7155

Baş mühasibin müavini- 3914    6262».

Əlavə şərhə ehtiyac varmı???

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN