Vətəndaş Hüseynova Abuzər Gəncalı qızı müstəntiqlərin qərardəyişmə yarışından bezib yenidən Baş Prokuror Kamran Əliyevə şikayət etdi…

(Əvvəli ötən saylarda)

Vətəndaş Hüseynova Abuzər Gəncalı qızını  yenidən Baş Prokuror Kamran Əliyevə şikayət etməyə məcbur edən səbəblər barədə ötən yazılarda bəhs etmişdik. Təkrar yada salırıq ki, müstəntiqlərin hərəkəti və hərəkətsizliyi artıq həddini aşmaqdadır… Belə ki, Sabunçu rayon Polis İdarəsinin müstəntiqləri döyülmə və bədən xəsarəti alma ilə nəticələnmiş hadisənin «baş qəhrəmanı»nı-keçmiş əri dindirə bilmirlər. Niyə dindirə bilmirlər və ya əgər dindirə bilmirlərsə, onda necə qərar qəbul edirlər??? Və bu qərar istintaqa nəzarət edən prokurorun niyə qəzəbinə gəlmir??? Gülməli də olsa, qeyd olunan hərəkətsizlik elə müstəntiqlərin qərarlarında öz əksini tapıb. Prosessual qanunvericiliyin tələblərinə zidd olan bu cür hallar yolverilməzdir və əslində, Sabunçu rayon prokuroru da bu halı xüsusilə nəzərə alaraq müstəntiqlərin cinayət işinin başlanmasının rədd edilməsi barədə gülməli qərarlarını hər dəfə ləğv etməli olmuşdur. Amma nə fayda, müstəntiqlər hələki öz bildiklərini edirlər… Yəni, dəyirman öz bildiyini edir, çağ-çax isə, sadəcə, baş ağrıdır…

***

Şikayətçi –zərərçəkmiş isə müstəntiqlərin bu cür ləğvetmə karuselindən cana doyaraq yenidən Baş Prokuror Kamran Əliyevə şikayət etməli oldu. Şikayətçi surəti «Təzadlar» qəzetinə yazılmış məktub-müraciətində yazır:

-Hörmətli Kamran müəllim!

 Hazırda istintaqa nəzarət edən prokurora şikayət olunan /və Azərbaycan Respublikası CPM-nin 212-ci maddəsinə əsasən, /Sabunçu RPİ-nin 735/17 saylı rədd materialı üzrə “Cinayət işinin  başlanmasının   rədd edilməsi barədə» 2-ci dəfə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı cənab Nağıyev Canpolad Xannazim oğlunun qəbul etdiyi 04 noyabr 2019-cu il tarixli Qərarı bu iş üzrə bundan əvvəlki müstəntiqin eyni məzmunlu qərarının eynisidir. Belə ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru cənab Elnur Həsənlinin bundan əvvəl öz icraatında araşdırılaraq 14 avqust  2017-ci il tarixli (488/17 saylı rədd materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə» Qərarının yuxarıda göstərildiyi formada olduğu kimi təkrar surətinin köçürülmüş formasını  düzəldərək işə daxil etmişdir. Sabunçu RPİ-nin İŞ-də baş verənlər xüsusilə bu qərarın bizə verilməsindən 4 gün əvvəl polis idarəsinin istintaq şöbəsinin rəisi cənab Hikmət Vəliyevin və cənab müstəntiq Elnur Həsənlinin qəblunda olaraq onlara etirazımızı bildirmiş və müstəntiqin işin aparılmasından, öz-özünə imtina verməsini tələb etmişdik. Cinayət təqibinə məsul və işin araşdırılmasını həyata keçirən bu şəxslər (Əhmədov Əli Müslət oğlu, Nağıyev Canpolad Xannazim oğlu və Elnur Həsənli) qanunvericiliyin  tələblərini yerinə yetirməkdən bilə-bilə yayınaraq istintaq şöbəsində sistemli qərəzlilik iş üsulu formalaşdırmaqla hüquqi əsası olmayan və qulluq mövqeyindən sui-istifadə və səlahiyyət həddini aşmaqla üzü əvvəlkindən köçürülmüş qərarın tarixini 2 ay öncəyə yazaraq mənə və prokurora göndərərək hamını aldatmışlar. Hazırda yuxarı prokurora şikayət verilən 27.07.2020-ci il tarixli Qərarda yenidən (müstəntiq, polis kapitanı cənab  Nağıyev Canpolad Xannazim oğlu) 6-cı dəfədir  ləğv barədə bundan əvvəl Sabunçu rayon prokurorunun müavini cənab F. Mahmudovun 22 oktyabr 2019-cu il tarixli) verilən göstərişlərin heç birini yerinə yetirməmişdir. Halbuki Azərbaycan Respublikası CMP-nin tələblərinə uyğun olaraq  ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata   keçirən prokuror yuxarı prokuror və Məhkəmənin  ləğv barədə qərarlarında istinad etdiyi göstərişləri  yenidən araşdırmaq üçün göndərildikdə məcburidir  və mütləq nəzərə alınmalıdır.

Onu da deyim ki, yuxarı prokurora şikayət  edilən Bakı şəhəri Sabunçu  RPİ-nin İŞ-nin müstəntiqi,  polis mayoru cənab Əhmədov Əli Müslət oğlunun 6-cı dəfədir ki, prokurorluğun (Sabunçu rayon  prokurorluğunun) ləğv barədə qərarlarında irəli sürülərək göstərilən və məcburilik yaradan hərəkətlərin heç birini icra etmədən cinayət təqibi orqanında qulluq mövqeyini şəxsi əmlakına sərəncam vermək hüququ kimi çıxış etməklə özbaşınalıq etmişdir. O, bilə-bilə hüquqi əsası olmayan yalan qərar çıxarmaqla mənim Konstitusiya və cinayət qanunu, eləcə də  Beynəlxalq hüquqla qorunan insan haqlarımı  qərəzli şəkildə pozmuşdur. Bu hərəkətlər  Azərbaycan Respublikasının Konstitusiya  prinsiplərinə və dövlətçilik əsaslarına zərbə vurmaq və beləliklə də vətəndaşın müdafiə etmək imkanlarından  məhrum olunmaq halına şərait  yaradaraq onu diqtə etmişdir ki, bu da yolverilməz hərəkət olduğunu bariz şəkildə özünü təsdiqləyir.

 Sabunçu RPI İŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Sabunçu RPİ -nin İŞ -nin müstəntiqi, polis mayoru cənab Əhmədov Əli Müslət oğlunun 6-cı araşdırma üzrə 27.07.2020-ci il tarixli Qərarının mətnindən, əsaslandırma və göstərilən yanlış elementlərindən qeyri-şərtsiz  aşkar olur ki, aparılmış istintaq hərəkətləri və işin icra mexanizmi Azərbaycan Respublikası Cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun yerinə yetirilməmiş və sözün həqiqi mənasında hərəkət və ya hərəkətsizlik nümayiş edilmişdir. Eləcə də törədilmiş cinayət əməlinin subyektlərinin bütün fəaliyyəti araşdırmadan kənarda saxlanılmış və beləliklə faktın cinayət faktı olmasının mövcudluğu bilə-bilə gizlədilərək təqibdən kənarda saxlanılaraq ört- basdır olunaraq məsuliyyətə cəlb etmədən yayındırılmışdır. Qərarın yanlış tərtib olunmuş xarakterik cəhətlərindən biri də odur ki, polis mayoru cənab Əhmədov Əli Müslət oğlunun (imtina qərarı üzrə) özləri açıq-aşkar etiraf edərək göstərir ki, “Material üzrə Hüseynov Nüsrəddin Səməndər oğlu və qeyrilərinin izahatlarının alınması mümkün olmamışdır». Və sonra qeyd edir ki, “ Materialın hazırki vəziyyəti ilə Hüseynov Nüsrəddin Səməndər oğlunun məlumatı əsasında toplanmış materiala hüquqi qiymət verilməsi  mümkün deyil».

 Şikayət olunan qərarda Müstəntiqin belə bir ifadə tərzindən aydın olur ki, o, heç bir istintaq hərəkəti aparmadığından iş üzrə iştirakçıları cəlb edərək dindirməmiş, vəzifə səlahiyyətinə uyğun onu icra etməmiş, beləliklə də qanunun aliliyini rəhbər tutaraq vəzifə səlahiyyətinə uyğun onu araşdırmamaqla hərəkətsizlik göstərmişdir. Həmçinin o, vəzifəsinin icrasından bilə-bilə və məqsədli şəkildə yayınmışdır, qərarın ləğvi üzrə prokurorun göstərişlərini yerinə yetirməmişdir.

Eyni zamanda polis mayoru cənab Əhmədov Əli açıq-aşkar etiraf edir ki, toplanmış materiallara hüquqi qiymət verilməsi mümkün deyil. Bir halda ki, iştirakçı subyektlər dindirilərək izahatları, onun öz işini yarıtmaz yerinə yetirdiyindən mümkün olmamışdırsa, onda bu işə necə qiymət verilə  bilərdi? İkincisi isə iş üzrə döyülərək zora məruz qalan, ölümcül vəziyyətə salınan şikayətçi olan və işin xüsusatlarını ilkin şahid kimi məlumatı verən mən- Hüseynova Abuzər Gəncalı qızı olduğu halda, qərarda göstərilir ki, “Hüseynov Nüsrəddin Səməndər oğlunun məlumat əsasında toplanmış material…» və s. İşdən belə bir hal aşkarlanır ki, cənab müstəntiq cənab Əhmədov Əli Müslət oğlu bu toplanmış materialı izləmədən ağlına gələnləri bu qərara yazmaqda israrlı olmuşdur…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN