Keçmiş unudulub - "Reket"və "Qara siyahı" da unudulub, arxivə atılıb ”.

 Azərbaycan Mətbuat Şurasının icraçı katibi, hüquqşünas Şəmsəddin Əliyev vəzifəsindən istefa verdiyini bildirib.

O,  sosial şəbəkə hesabındakı açıqlamasında Azərbaycan Mətbuat Şurasının İcraçı katibi vəzifəsində 4 il çalışdığını bildirib:

“Bacardığım qədər üzərimə düşən vəzifə funksiyalarını ümumi marağa uyğun həyata keçirməyə çalışmışam. Zamanında səs-küylü məhkəmələrdə MŞ-nı tək təmsil etmişəm.Həmin məhkəmə proseslərindən artıq çox vaxt ötüb.Məhkəmə iclaslarında çəkişdiyim jurnalistlərlə artıq dostluq şəraitindəyik. Keçmiş unudulub. "Reket"və "Qara siyahı" da unudulub, arxivə atılıb.

Bu illər ərzində Media sahəsində ictimai nüfuza malik,peşəkar qələm sahibləri ilə tanışlığımı yüksək dəyərləndirirəm.

Əslində, həqiqəti yazan qələm sahibi ədalətli araşdırma və bəzən tədqiqatına görə elə dövlət məmurudur. Baş yazarları da həmişə yüksək çinli məmurlara bərabər tutmuşam.Və çalışdığım bu müddət ərzində; "Qələm düz olduğuna görə, ancaq düzünü yazmalıdır",- fikrinə üstünlük vermişəm.

Azərbaycanda belə,peşəkar jurnalistlərimiz çoxdur,çox!

Onların qayğısına qalmaq lazımdır!

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının vaxtı çatdı. Ali orqan-qurultay 24 sentyabr saat 10:00 da, Beynəlxalq Muğam Mərkəzində öz işinə başlayacaq.

Qurultay nümayəndələrinə və seçilən yeni heyətə,yeni uğurlar arzulayıram.

Mən isə MŞ-nın İcraçı katibi vəzifəsindən istefa verirəm.

 ...Amma MŞ-nın yeni İdarə Heyətinin tərkibində olmağım üçün namizədliyimi irəli sürən və məni seçəcək jurnalistlərə öncədən minnətdarlığımı və təşəkkürlərimi bildirirəm.

4 il yanınızda oldum. Siz də, 24 sentyabrda yanımda olun”, - deyə  sonda vurğulayıb.

Xatırladaq ki, Şəmsəddin Əliyev, həm də “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovnikidir.

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA