Hikmət Hacıyev görüşün təşkilinə görə ABŞ-a təşəkkür edib
Sentyabrın 27-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub.
Hikmət Hacıyev həmin görüş haqqında mətbuata açıqlama verib.
“Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qayda da məlumat verilmişdir. Burada da əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir.
Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər məsələləri müzakirə olunub”, - deyə bildirib.
TEZADLAR.AZ