Ukraynadakı müharibə ilə bağlı Rusiyada elan edilən səfərbərlik ölkə vətəndaşlarını şoka salmaqdadır və ayağı yer tutan Rusiydan qaçır...

Belə ölkələrdən biri də Gürcüstandır. Vəziyyət isə kritikdir. Belə ki, Gürcüstan Prezidenti Salome Zurabişvili, Daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə bu gün ölkənin qarşısında duran vəzifələr müzakirə olunub. Bildirilib ki, görüş zamanı prezident Rusiya vətəndaşlarının Gürcüstana axını ilə bağlı dolğun məlumat alıb və qeyd edib ki, onu narahat edən məsələ ilə bağlı ictimaiyyətin hərtərəfli məlumat əldə etməsi vacibdir. Zurabişvili Gürcüstana daxil olan rusların statistikası ilə bağlı nazirin bu günkü açıqlamasını alqışlayıb və ona ictimaiyyətə dolğun məlumatlar verdiyi üçün təşəkkür edib. Prezident öz növbəsində deyib ki, hökumət bütün mexanizmlərdən, o cümlədən Milli Təhlükəsizlik Şurasının formatından istifadə etməsi də vacibdir ki, ictimaiyyətdə məsələ ilə bağlı suallar qalmasın və risklərin nəzərə alındığı hiss və bütün rıçaqlardan istifadə edilsin.

Maraqlı cəhət budur ki, Rusiya 2008-ci ildə Gürcüstanın bir hissəsini işğal edib, indi Rusiya vətəndaşları da ən çox bu ölkəyə sığınmaq istəyir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN