Yaxın günlərdə Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı avadanlıqlar təhvil veriləcək...
Tezadlar.az CNN-ə istinadla bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumundakı çıxışında belə bəyan edib... O, bildirib ki, İranda daxil olmaqla heç bir ölkə Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməlidir. Sitat: “Bizim edə biləcəyimiz ən vacib şey alyans üzvlərinin vəd etdiklərini yerinə yetirmək, daha da çox hava hücumundan müdafiə sistemini işə salmaq və çatdırmaqdır. Yaxın günlərdə NATO [Ukraynaya] pilotsuz təyyarələrdən, o cümlədən İrandan gələn xüsusi təhdidlərə qarşı anti-dron sistemləri ilə təmin edəcək”.
Stoltenberq Kiyevə verilən hava hücumundan müdafiə sistemlərinin döyüş meydanındakı vəziyyəti dəyişdiyini də qeyd edib: “Ona görə də Rusiya Ukraynanın hava məkanına nəzarət edə bilmədi. Bu, bütün əməliyyat zamanı Rusiya qüvvələrinin əhəmiyyətli çatışmazlığı idi: onlar hava məkanına nəzarəti ələ keçirəcəklərini gözləyirdilər, lakin bu baş vermədi”.
Ukraynanın bütün ərazilərində İran istehsallı kamikadze dronların hücumu isə davam edir.
A.Məmmədli