Bu günlərdə mediada "Azərbaycan" qəzetində dərc edilmiş plagiat yazıların dərc olunmasını sübutlayan araşdırma yazılar işıq üzü gördü...

Sən demə, bəzi deputatların vaxtilə başqa medialarda dərc olunmuş məqalələri "Azərbaycan" qəzetində təkrarən başqa deputatların adından yayımlanıb. Jurnalist Xalid Kazımlı bu barədə maraqlı status paylaşıb. Sitat: "Bu gün vitse-spiker Fəzail İbrahimlini əsəbiləşdirən yazını tapdım, oxudum. Heç demə, 3-4 deputat müxtəlif vaxtlarda 4-5 dəfə onun-bunun adından getmiş məqalələri öz imzaları ilə "Azərbaycan" qəzetində çap etdiriblər. Müəllif də həmin yazıların əvvəlcə hansı saytlarda dərc olunduğunu lhiperinklərlə (üstünə tıklayırsan, açılır) göstərib, plagiat və xaltura edənləri ifşa edib. Gerçəkdən də təkcə son ildə ölkədə bu boyda hadisə baş verib, Qarabağ işğaldan azad olunub, yəni deputatlar prezident barədə bir səmimi və savadlı yazı yaza bilmirlər ki, gedib təkrar-təkrar eyni yazılara əl atırlar? Bu azmış kimi, hələ MEDİA agentliyinə və Mətbuat Şurasına müraciət edirlər ki, plagiatın və saxtakarlığın üstünü açan jurnalistlər cəzalandırılsın... Absurd və biabırçılıq! Əslində onlaırn özünü cəzalandırmaq lazımdır ki, kimi aldadırsınız 4 dəfə dərc olunmuş boyat məqalələrlə...".

Yaxşı, bu deputatlar plagiatçılığa yol verib, bəs o boyda qəzetin deputat baş redaktoru niyə buna imkan verib? Sualın biri də budur ki, plagiatçılığa deputatlar könül verib, yoxsa "Azərbaycan" qəzetinin rəhbərliyi, konkret halda baş redaktoru???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN