Xəbər verildiyi kimi, Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri Liz Tras istefa verib...
Bu istefadan sonra hökumətə rəhbərlik edəcək potensial namizədlərin adları açıqlanıb? Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, hakim partiyanın lideri və Baş nazir vəzifəsi uğrunda beş siyasətçinin mübarizə aparacağı gözlənilir. Artıq 5 namizədin adı var. Maraqlıdır ki, namizədlərdən biri də Britaniyanın eks-hökumət başçısı Boris Consondur. 58 yaşlı Boric Conson əvvəllər paytaxt Londonun meri və Britaniyanın xarici işlər naziri işləyib. 2019-cu il iyulun 24-də Mühafizəkarlar Partiyasının sədri və Baş nazir seçilib. 2022-ci ilin iyulun 7-də istefa verib. Sentyabrın 6-dək hökumət başçısı vəzifəsini müvəqqəti icra edib.
Britaniya mediası da yazır ki, Boris Consonun yenidən baş nazir seçilmək şansı böyükdür. O, Ukraynaya hücum edın Rusiyanı ən çox tənqid edən və Ukraynaya kömək verilməsini dəstəkləyənlərdən olub.
A.Məmmədli