Borçalılarla deputat Fazil Mustafa arasında kəskin narazılıq yaranıb...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, "Fazil Mustafaya bir şeyi xatırlatmaq istəyirik ki, Borçalıda yaşayan türklərə, azərbaycanlılara cahil demək çox yanlış və səhvdir", - kimi fikirlər səsləndirən "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev sosial media hesabında sərt çıxış edib. Sitat: "Bizim çox sayda ali təhsilli, dünya görüşlü və elmli insanlarımız var. Bu gün on minlərlə gəncimiz dövlət universtetlərində həm təhsil alır, həm də bitirənlər dövlət strukturlarında və müxtəlif digər yerlərdə çalışırlar. Sizin bütün Borçalı türklərini cahil adlandırmağınız sizin qərəzli olmağınızdan irəli gəlir".

 İmamquliyev Azərbaycan Milli Məclisində deputat Fazil Mustafanın Gürcüstanın müsəlman din xadimləri barədə səsləndirdiyi fikirlərə də etiraz edib: "Bizim din xadimlərini İranın agenti adlandırırsız, bəs siz haranın agentisiz? Din xadimlərinin hər birini bir arada İran agenti olaraq adlandırmaq ağır ittihamdır. Əgər bildiyiniz bir şəxs varsa, adı ilə bunu çağırın əks halda ümumi din xadimlərimizin adı ilə danışmağa sizin haqqınız yoxdur. Biz ümid edirik ki, siz Borçalılardan üzr istəməyi bacaracaqsız əgər o duyğu və şərəf sizdə varsa. Bizim sizin kimi şəxslərin nə məsləhətinə, nə də fikirlərinə ehtiyacımız yoxdur".

 Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib: "Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır və müəyyən öhdəliklər altında tapşırıqlar verərək Borçalıya qaytarırlar. Daha çox təhsilin aşağı olması nəticəsində Gürcüstanda azərbaycanlılar arasında olan cəhalətin səviyyəsi inanılmaz dərəcə də artmaqdadır".

Fazil Mustafa isə hələki bu etirazlara səbəb olan çıxışına aydınlıq gətirməyib. "Təzadlar"ın əməkdaşı deputata dəfələrlə zəng etsə də, o, telefonu açmayıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN