Neftçilərin hüquqlarının müdafiəsi ilə bağlı əlindən gələni edən və bir sıra hallarda «Təzadlar» qəzetində və qəzetin rəsmi saytında çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı ötən gün «TEZADLAR TV»nin canlı efirində qonağımız oldu…

Xatırladırıq ki, 2007-ci il 16 aprel tarixli 2090 saylı Azərbaycan Respublikası Prezidentinin Sərnacamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edildi. Bu proqram əsasında dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində təhsili prosesinin normativ hüquqi bazası yaradıldı, Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq olundu. Prezidentin 16 aprel 2007-ci il, № 2090 Sərəncamı ilə Dövlət Proqramının icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edildi… Və adı çəkilən Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilməyə başlanıldı. 2006-cı ildən başlayaraq həm də SOCAR gənc və istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini öz vəsaiti hesabına maliyyələşdirir. Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün SOCAR müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir.

 Nəhayət, 16 noyabr 2018-ci ildə  Prezidentin 711 saylı Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olundu. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramının maliyyələşməsi bütünlüklə SOCAR tərəfindən həyata keçirilir… Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə təkcə 2008-2018-ci illər ərzində ARDNF tərəfindən ümumilikdə 212 milyon 681 min manat vəsait istifadə olunmuşdur. Təqribən hər nəfərə 64,4 min vəsait xərclənib. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (3 milyon 506 min manat), təhsil haqqı (3 milyon 362 min manat), yol (266,9 min manat), sığorta (99,9 min manat), viza və qeydiyyat (0,9 min manat) və s.  xərclərinin ödənilməsinə yönəldilmişdir.

 Bəs bu tələbələr kimlərdir? Onların arasında sadə neftçi övladlarının sayı nə qədərdir? Onlar təhsilini başa vurub Azərbaycana qayıdırmı? Və niyə bu tələbələrin adları məxfi saylanılır???

Beləliklə, Mirvari xanım Qəhrəmanlı TTV-də (Tezadlar TV) bu və ya digər məsələlərə toxundu. Lakin bir sutka ərzində (aşağıda təqdim edilir) YouTube üzərindən yayımlanmışış müsahibəyə 1179 (bu dəqiqəyədək) şərh yazılıb. Bir-birini təkrarlayan bu şərhlərin 99 faizinin təşkil edilmiş olduğu aydın görünür, çünki eyni şərhçi başqasının şərhini təkrar paylaşaraq SOCAR müəssisələrində hər şeyin super səviyyədə olduğunu bildirir və s. təriflər.

Olsun, kimsə inkar etmir ki, işçilərə, xüsusən də dənizdə çalışanlara diqqət göstərilmir, amma problemlər də yetərincədir. Estakadalardakı qəzalarda ölənlərin, dənizə düşərək itkin düşənlərin, yaxud dənizə aşan çürük estakadaların və s. taleyi hər kəsə məlumdur, rəsmi mənbələr bunu dəfələrlə açıqlayıb. Lakin qaldırılan problemləri düzəltməli olanların, bu sahəyə məsuliyyət daşıyanların ən azı 1179 nəfəri süni şərh yazmağa cəlb etməsi yolverilməzdir. Bir gün ərzində bu qədər insanı-işçini təlimatlandırıb şərh yazmağa məcbur etmək, işdən ayırmaq onların əmək hüquqlarının pozulmasıdır. Bu həm də QHT rəhbəri M.Qəhrəmanlıya təzyiq, eləcə də KİV olaraq jurnalistlərin (aparıcıların) peşə fəaliyyətindən açıq şəkildə çəkindirilməsinə cəhddir. Bu isə «Media haqqında» Qanunun tələblərinə görə məsuliyyət yaradır.

Odur ki, nöqsanları düzəltmək lazımdır, nəinki bu nöqsanları göstərən güzgünü sındırmaq…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN