"Xankəndi-Gorus avtomobil yolunun bağlanması 2020-ci ilin 9 noyabr sənədinin icrasıdır..."

Tezadlar.az bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan Ermənistanın News-NEWS.am-ə müsahibəsində bildirib. Sitat: “Vəziyyət narahatedicidir, amma düşünürəm ki, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim sadəcə olaraq erməni tərəfini, yaxud başqalarını nəzərə almır. Əslində isə 9 noyabr tarixli sənəd özünü burada göstərir. Bu sənədə görə isə Qarabağ Azərbaycana məxsusdur, lakin indi hər şeyi dəyişdirmək olar. Kimin və necə addım atmalı olduğunu isə indi deyə bilmərəm?”.

Akopyan ermənilərə onu da xatırladıb ki, dırnaqarası "Artsax" hakimiyyətinin Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə müraciəti heç bir nəticə verməyəcək. Yəni, uzun sözün qısası, ağlınızı başınıza yığıb dinc oturun...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN