Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

Aksiyada iştirak edən tanınmış jurnalist Fəxrəddin Hacıbəyli bu dəqiqələrdə "Təzadlar"a bildirdi ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. "Tələblər qanunidir, çünki biz öz suveren torpaqlarımızda və ərazimizdə bunu tələb edirik... Aksiya iştirakçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına görə Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini də irəli sürüblər. İnanırıq ki, tələblər tezliklə yerinə yetiriləcək...".

Şuşa ərazisində hazırda Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Buna səbəb isə odur ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

4 gündür davam edən aksiyanın əsas tələbi həm də sülhməramlıların komandanı Volkovun aksiyaçılarla görüşə gəlməsidir... O isə hələki gözəgörünməzdir, ondan xəbər yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN